bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Elnur Hüseynov qəzəbləndi: “Doğru söz deyənə “demaqoq” damğası vurub uzaqlaşdırırlar”

22-04-2020, 12:01 265 dəfə baxılıb

Elnur Hüseynov qəzəbləndi: “Doğru söz deyənə “demaqoq” damğası vurub uzaqlaşdırırlar”
Azərbaycanı 2007-ci və 2016-cı ildə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Elnur Hüseynov uzun sürən sükutunu qalmaqallı açıqlamaları ilə pozub.

Oxu.Az xəbər verir ki, “ADDIM” İctimai Birliyinin “Instagram”da canlı yayımına qonaq olan ifaçı ölkəmizin “Avroviziya” müsabiqəsinə xarici bəstəkarların yazdığı mahnılarla qatılmasını tənqid edib:

“Komandaya dəfələrlə demişəm, hətta bək-vokal kimi gəlib dəstək belə olaram, təki yerli bəstəkarlarla gedək. Amma təəssüf ki, komandada doğru söz deyənə “demaqoq” damğası vurub, uzaqlaşdırırlar. Biz orada özümüzü təmsil etməliyik, Avropaya, Amerikaya oxşamamalıyıq”.

Qeyd edək ki, müğənni E.Hüseynov “O səs Türkiyə” mahnı müsabiqəsində qalib olduqdan sonra qardaş ölkəyə köçərək, orada muğənni kimi çalışır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031