"Maral Tahirqızının yeri səhnə yox, dəlixanadır. Elə oxumaq olur? Nə geyimini, nə danışığını, nə oturuşunu bilir. Onu müğənni hesab edirsiz? Sabahdan mən müğənniliyi atıram onda".
BEŞ.AZ Axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Zeynəb Dostəliyeva "Bizimləsən" verilişində deyib. İfaçı sənətə yeni gələn müğənniləri tənqid edib:
"İndi siz müğənniləri otellərə aparırlar. Qastrollara gedəndə oteldə qalırsız. Biz o vaxt gedib qonaq evində qalırdıq. Nə tualeti, nə də əl yumağa yeri var idi.
Məni indi verilişə təmənnasız çağırmısınız. Kanallar var ki, deyəndə elə qiymət oxuyurlar ki... O pulu ancaq yaxşı, gündə bir sponsor tapan qızlar verə bilər".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.