bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Tehranın Azərbaycana münasibəti – Müsəlman dövlətlərə yanaşmanın göstəricisi

25-01-2025, 21:49 4 dəfə baxılıb

 Azərbaycan Respublikası İran İslam Respublikası ilə münasibətlərin normal olmasında maraqlıdır. Təkcə ona görə yox ki, bu ölkənin milyonlarla yerli sakini azərbaycanlı, Azərbaycan türküdür, həm də Azərbaycan İrana qonşudur. Qonşularla dinc yanaşı yaşamaq bütün baxımlardan vacibdir.

Bir zamanlar Ermənistan nankor qonşuluq etdi. Bunun acısını hələ də çəkir. O, Azərbaycan və Türkiyə kimi qonşularına qarşı çıxıb pənahı uzaqlarda axtarmağa səy göstərir və s.

Rəsmi Bakı qonşularla dinc yanaşı yaşamaq prinsipinə daim əməl edir. Gürcüstanla əlaqələr buna örnək sayılır.

İranda isə qonşuluq, yoldaşlığa ziyan vuran addımlar hələ də atılır.

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan bu gün Xarici İşlər Nazirliyinə çağırılıb. Məlumata görə, görüş zamanı son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, onun rəhbərliyinə qarşı açıq-aşkar şəkildə aparılan kampaniyaya etiraz bildirilib.

Nazirlik müvəqqəti işlər vəkilinin diqqətinə çatdırıb ki, bu kimi addımlar iki ölkə arasında münasibətlərə zərər vurmaq məqsədi daşıyır, bunların qarşısının alınması zəruridir: "İranın müvəqqəti işlər vəkili bəzi xoşagəlməz bəyanat və hərəkətlərdən təəssüfləndiyini bildirib və məsələni ölkəsinin səlahiyyətli orqanlarına çatdıracağına söz verib".

İslam respublikası rəsmilərinin çıxış, davranış və əməllərindən belə ehtimal etmək olar ki, Tehran hakimiyyətində Azərbaycan Respublikasına münasibət iki istiqamətdə sərgilənir. Bir istiqamətə ayətullah Seyid Əli Xameneinin Ərdəbil üzrə nümayəndəsi Həsən Ameli, Qəzvin nümayəndəsi Əbdül Kərim Abedini, Təbrizdən olan deputat Ruhulla Mütəfəkkir Azad və bu kimi şəxslər daxildir.

Həsən Amelinin bütövlükdə anti-Azərbaycan mövqedə olduğu sirr deyil. O, kəşfiyyat, təhlükəsizlik təşkilatının əməkdaşı kimi bu yöndə daim dezinformasiya yaymaq, müsəlman, türk dünyasına qarşı qarayaxma kampaniyası aparmaqla məşğul olur. Azərbaycan torpaqları Ermənistanın işğalı altında olduğu illərdə onun cümə namazı zamanı etdiyi xütbələr, 44 günlük müharibə zamanı və ondan sonrakı vaxtlarda etdiyi çıxışlar unudulmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031