bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Sabirabadda avtomobil kanala aşdı: Yaralananların SON DURUMU AÇIQLANDI

3-03-2025, 13:59 0 dəfə baxılıb

 Sabirabad rayonunda avtomobilin kanala aşması nəticəsində xəsarət alan dörd nəfər ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə Bizimlider-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Martın 2-də saat 10:30-da baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar beş nəfər (hər biri kişi cinsli olmaqla) Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan şəxslərin hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan dörd nəfər ambulator müalicə üçün evə buraxılıb, bir nəfər isə daha ixtisaslı tibbi xidmət almaq üçün müvafiq tibb müəssisəsinə təxliyə olunub", - deyə məlumatda qeyd olunub.

Aygün Mirakif

Sabirabad rayonunda avtomobilin kanala aşması nəticəsində beş nəfər yaralanıb.

Bizimlider "Report"a istinadən məlumat verir ki, hadisə rayonun Şıxlar kəndi ərazində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Toyota Prius" markalı minik avtomobili anidən idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində Sabirabad rayon sakinləri - 1977-ci il təvəllüdlü Babək Yusif oğlu Abbasov, 2001-ci il təvəllüdlü Əvəz Rəhman oğlu Adilov, 1991-ci il təvəllüdlü Davud Ramiz oğlu Fərəcov, 1991-ci il təvəllüdlü Ceyhun Məhəmməd oğlu Hüseynov və Xırdalan sakini 1998-ci il təvəllüdlü Babək Ehtiram oğlu Məmmədzadə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Zərərçəkmişlər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031