Binəqədidə baş verən dəhşətli qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI
Bakının Binəqədi rayonu Xocəsən qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son durumu açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizimlider-in sorğusuna cavab olaraq bildirilib ki, hadisə zamanı xəsarət alan şəxs komatoz vəziyyətindədir:
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 19 fevral, saat 18:40-da Binəqədi rayonu ərazisindən çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcil tibbi yardım briqadası tərəfindən hadisə yerində iki nəfərin (qadın və kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
Hadisə nəticəsində ağır xəsarətlər alan 17 yaşlı şəxs isə (kişi cinsli) Kliniki Tibbi Mərkəzə (KTM) təxliyə olunub.
KTM-in Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunan yaralıya ağır kəllə-beyin travması, baş beyin əzilməsi diaqnozu qoyulub və ilkin tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib.
Yaralı hazırda komatoz vəziyyətindədir və süni ventilyasiya aparatına qoşulub", - deyə açıqlamada bildirilir.
"Paytaxtın Binəqədi rayonu Xocəsən qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb, bir nəfər xəsarət alıb".
Bunu Bizimlider-ə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli deyib.
"Hadisə 19 fevral saat 20:00-da qeydə alınıb. Belə ki, BMW markalı, 90-UC-335 dövlət nömrə nişanlı avtomobillə "Mercedes-Benz" markalı 99-UL-901 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Hadisə nəticəsində BMW markalı avtomobilin sürücüsü Şövqü Kərimov və sərnişini, həyat yoldaşı Aytac Kərimova hadisə yerində ölüblər. Digər sərnişin Nurlan Kərimov isə xəsarət alıb. Hazırda faktla bağlı araşdırma aparılır", - deyə T.Nəsirli bildirib.
Əzizə İsmayılova
Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizimlider Bakupost.az-a istinadən xəbər verir ki, 17 yaşlı Nurlan Kərimovun idarə etdiyi avtomobilin qəzaya uğraması nəticəsində atası və anası həlak olublar.
Sürücü özü isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.