Sabunçu rayonu ərazisində yerləşəndə BƏLƏDİYYƏLƏR işini günün tələbləri səviyyəsində görür
Maştağa Bələdiyyəsi inkişaf yolunda
Bu gün Maştağa Bələdiyyəsi işini günün tələbləri səviyyəsində görür. Maştağada təmir, abadlıq işləri aparılır. 25 min kv sahə asfalt və şebenlə örtülüb. Kənd 1992-ci ildə isə 28 nəfər şəhid vermişdir. 44 günlük müharibədə isə 16 şəhid verib. Maştağa qəsəbəsinin Bələdiyyə sədri Mikayıl Məmmədov başda olmaqla 46.700 ailəyə hər cür qayğı göstərilir. Şəhid və qazi ailələrinin problemlərinin həllində köməklik göstərilir.
Bu işdə Ərazi Qəsəbə Nümayəndəliyinin də xidməti danılmazdır. Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məmmədəliyev Fərid, Nümayəndəliyin müavini Ramin Ağazadə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir.
Bu gün Nardaran Bələdiyyəsində dinamik inkişaf var
Sabunçu rayonu ərazisində yerləşəndə Nardaran Bələdiyyəsinin sədri Əlihüseyn Ağayev və qəsəbə nümayəndəsi Məhəmməd Əsədov bu qəsəbənin problemlərində sakinlərə yaxından kömək edirlər. Onu da vurğulayaq ki, bələdiyyə sədri Əlihüseyn müəllim kənddə təmir və abadlıqla əlaqədar olaraq 5 min kv.m asfalt və cınqıl örtüyü ilə küçə və dalanları abadlaşdırıb. Əlihüseyn müəllimin bildirdiyinə görə 2020-ci ildə gedən döyüşlərdə kənd 2 şəhid vermişdir. Qazi və şəhid ailələri ilə görüşlər təşkil edir, 30 il bundan öncə kəndin futbol komandasını toplayaraq komanda yaradıb. Bələdiyyə adından oyunlar və yarışlar keçirdir, fəxri diplomlarla oyuncuları təltif edir. Bu komandaya özü də rəhbərlik edir.
Ceyhun Vaqifoğlu