Zəhmət ilə yaşanan ömür....
Və ya kiçik uğurlara sevinən böyük İnsan!
Konfutsi: “Böyük insanlar həyatın mənasını özündə, kiçik insanlar isə özgələrində axtarır”.
İllər ötür, yaş üstünə yaş gəlir. İnsanlar arxada qalan həyat yoluna yenidən boylanır. Zamanın süzgəcindən necə keçdiyinə bir daha nəzər salır. Belə anlarda yaşadığı illərə, tutduğu əməllərə görə peşman deyilsə, deməli, o, xoşbəxt adamdır. Uzun illər yaxından tanıdığım, bu gün haqqında fəxrlə, qürurla söhbət açdığım Vüsalə Məmmədova da belə maraqlı ömür sahiblərindən biridir…
Onu hamı zəhmətkeş, məsuliyyətli, öz işinə tələbkar yanaşan vəzifə sahibi, yaxşı mənada, mühafizəkar insan kimi tanıyır. Çalışdığı sahələrdə təşkilatçılığı və xeyirxahlığı ilə seçilib, həmişə kollektiv üzvlərinin sevgisini qazanıb. Belələri üçün müdriklər nahaq deməyiblər: "Xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür".
Yazımızın bu yerində Vüsalə xanımın ömürlüyündən bir neçə sətiri oxucularımızın diqqətinə çatdırırıq: "2002-ci ildə BDU-nin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2002-ci ildə Dağıstan Dövlət Universitetinin Bakı filialında müəllim vəzifəsində çalışıb. 2012-ci ildən 210 nömrəli məktəbdə, 2013-cü ildən isə 214 nömrəli məktəbdə psixoloq vəzifəsində, 2019-cu ildən Bakı şəhər Ayaz Məhərrəmov adına 95 nömrəli məktəbdə tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir.
2010-2011-ci ildə Azərbaycan Müəllimlər Universitetinin Psixologiya ixtisası üzrə Yenidən Hazırlama kursunu keçmişdir. 2015-ci ildə UNİCEF və Xəzər Universitetinin birgə layihəsi olan potensial məktəb direktoru təlim kursunu bitirmişdir. 13 sentyabr 2021-ci ildən Nizami rayonu Yuri Kovalyov adına 229 nömrəli tam orta məktəbin direktoru təyin olunmuşdur. YAP-nın üzvüdür. Ailəlidir - 3 övladı var."
Vüsalə timsallı insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliklərini, səadətlərini, varlıqlarını vətənə, xalqa ləyaqətlə xidmətdə görürlər. Bu cür insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudurlar, - desək səhv etmərik.
Vüsalə müəllimə öz peşəkarlığı və insanlara qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Vüsalə Məmmədova bu işin müqəddəsliyini qoruyub saxlayır. Kömək etdiyi hər kəsin çöhrəsində sevinc görəndə özünü rahat hiss edir, həmin sevinci o da yaşayır.
O, Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmənna güdmədən, tutduğu vəzifədən, eləcə də vəzifədə olub-olmamağından asılı olmayaraq Azərbaycan Prezidenti İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sadiqliyini sübut edib. Heç bir qüvvə onu heç vaxt əqidəsindən döndərə bilməz.
O, böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır. Yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi qabiliyyətə malik istedad sahibi kimi də hörmət qazanıb. O, həmçinin ani və düzgün qərar qəbul edən nadir insanlardandır. Prezident İlham Əliyevdən nümunə götürən Vüsalə müəllimənin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədir. İnsanlara maksimum diqqət və qayğı ilə yanaşır, onların problemlərini müsbət həll edir, özünün dövlətimizə və Prezidentimizə inamını artırır. Onun təcrübəsinə istinadən deyə bilərik ki, Vüsalə müəllimə öz işinin əsl peşəkarıdır.
O, hər zaman dövlətə, dövlətçiliyə, xalqa, millətə, Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət edib. Şükürlər olsun ki, bu tendensiya bu gün də davam edir. Onun həyat salnaməsinə nəzər salanda görürük ki, o, hər zaman işinin öhdəsindən layiqincə gəlib, həm rəhbərliyin, həm də böyük ülfət bağladığı kollektivin rəğbətini qazanıb. O, hər zaman, bir rəhbər kimi, öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutub.
Biz də bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Vüsalə müəlliməyə təşəkkür edir, gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik.
Vüsalə xanım haqqında daha çox yazmaq olar. O, həm qayğıkeş ana, həm ləyaqətli müəllim, həm də sədaqətli dostdur. Qısa bir zaman kəsiyində böyük bir ömür yaşayıb.
Və sonda nə demək istərdim? Söz düşəndə Vüsalə xanım onu da deyir ki, ömrünün qazancları içərisində ən çox fəxr etdiyi ailəsidir. Həqiqətən onun gözəl ailəsi var. O, vaxtı ilə el qeyrətli valideynlərindən aldığı təmiz və saf tərbiyəni öz övladlarına aşılayıb.
Qarşıda onu uzun, həm də qurub-yaratmağı ilə zəngin bir yol gözləyir. Bu yolda ona sağlam həyat, bol-bol uğurlar arzulayıram.
Belə yerdə dahi Konfutsinin bu kəlamı yada düşür: “Böyük insanlar həyatın mənasını özündə, kiçik insanlar isə özgələrində axtarır”.
Yusif MƏHƏMMƏDOĞLU