ŞƏFA VERƏN ƏLLƏR
Məşhur cərrah M.Topçubaşov demişdir ki,
Hər birimiz bir şam işığı qədər işıq verə bilsək,
Planetimizin günəşə ehtiyacı olmaz.
Yer üzünün əşrəfi sayılan insan yanar bir şama bənzəyir. Şam yandıqca əriyir və işığını ətrafa yayır. İnsan da həyatda etdiyi yaxşı əməlləri ilə gündən-günə püxtələşməyə doğru irəliləyir.
Həyatda yaxşı insan amili olmaq xoşbəxtliyin zirvəsidir. Bu zirvəni fəth etmək də hamıya nəsib olmur. Bu zirvəni fəth edən insanlar daim ümumi mənafeyi şəxsi mənafedən üstün tuturlar. Bu minvalla da həyatın dolanbac yollarında irəliləyərək uğur üstə uğur qalayırlar.
Həyatda bu amalla yaşayan insanlardan bir də səmimi insan, qayğıkeş həkimlər Samirə Abdulkərimova, Vüsalə Rzayeva, Ülviyyə Hacıyeva və sevə-sevə hörmət qoyduğumuz digər həkimlər Ramidə İbrahimova və Nigar Vəliyeva işlərini günün tələbləri səviyəsində quran həkimlərdəndir. Onu da qeyd edək ki, 17 iyun səhiyyə işçilərinin peşə bayramı münasibətilə tədbirlərdə də iştirak etmişdilər.
Biz də öz növbəmizdə bütün səhiyyə işçilərini Peşə bayramı münasibətilə təbrik edirik.
Ceyhun Vaqifoğlu