ŞƏFA VERƏN ƏLLƏR
Yer üzünün əşrəfi sayılan insan yanar bir şama bənzəyir. Şam yandıqca əriyir və işığını ətrafa yayır. İnsan da həyatda etdiyi yaxşı əməlləri ilə gündən-günə püxtələşməyə doğru irəliləyir.
Həyatda yaxşı insan amili olmaq xoşbəxtliyin irvəsidir. Bu zirvəni fəth etmək də hamıya nəsib olmur. Bu zirvəni fəth edən insanlar daim ümumi mənafeyi şəxsi mənafedən üstün tuturlar. Bu minvalla da həyatın dolanbac yollarında irəliləyərək uğur üstə uğur qalayırlar.
Həyatda bu amalla yaşayan insanlardan bir də səmimi insan, qayğıkeş həkim Əliyev Sərdar Nurəddin oğlu Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika İxtisasını bitirib, terapeft həkim kimi 1989-1990-cı illərdə Sabunçu rayonunda fəaliyyət göstərmiş, 1993-cü ildə isə gənc əlillərin əmək və istirahəti şəbəsinin müdiri, 1993-cü ildən 1998-ci ilə qədər N saylı hərbi hissədə çalışmış, sonra işə başqa sahələrdə fəaliyyət göstərmiş, 2023-cü ilin fevralından Zirə Sağlamlıq Mərkəzində baş həkim kimi çalışır. Həkimin dediyinə görə böyük qız övladı Əlizadə Zivər özü kimi həkim peşəsinə yiyələnib. Təhsilini Türkiyədə bitirib. Sərdar həkim onu da vurğuladı ki, həkim olmaq öz arzusu olmuşdur. Anasının xəstə olduğunu görüb, o zamandan bu günə qədər həkimlik peşəsini seçib bu sahədə işləməyi özünə borc bilib, millətinə xidmət etməyi də özündə qürur hissi duyur.
Biz də öz növbəmizdə qarşıdan gələn səhiyyə günü münasibətilə səmimiqəlbdən təbrik edirik.
Ceyhun Vaqifoğlu