bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bu qidaları süfrənizdən götürün - Bir loxması belə ürəktutmaya yol açır

21-12-2024, 11:08 0 dəfə baxılıb

 

Ürək xəstəlikləri dünya üzrə ən çox rast gəlinən ölüm səbəbləri sırasındadır. Kardioloqlar bu xəstəliklərin əsas səbəblərindən birinin yanlış qidalanma olduğunu bildirirlər və bəzi qidaların tezliklə həyatımızdan çıxarılmasının vacibliyini vurğulayırlar.

Ürək-damar sağlamlığını qorumaq üçün əsasən təbii, az işlənmiş qidalara üstünlük vermək tövsiyə edilir.

Kardioloq Prof. Dr. Alan Rozanski ürək sağlamlığı üçün zərərli ola biləcək qidalar siyahısını paylaşaraq, xüsusilə şəkərli, rafinə edilmiş karbohidratlar və yüksək dərəcədə işlənmiş ətlərdən uzaq durmağı məsləhət görüb. O qeyd edib ki, bu məhsullar yüksək miqdarda natrium, nitrat, nitrit və digər əlavə maddələr ehtiva edir. Aparılan tədqiqatlar göstərir ki, belə qidalar ürək xəstəlikləri və bəzi xərçəng növləri üçün risk yaradır.

Eyni zamanda, Kaliforniyada fəaliyyət göstərən ürək cərrahı Dr. Jeremy London, ürəyin zəif olduğunu göstərən əlamətləri açıqlayıb. Sosial mediada paylaşdığı məlumatda hazır sup, enerji içkiləri, ağ çörək, çox miqdarda un məmulatları və konservləşdirilmiş tərəvəzlərin ürək sağlamlığı üçün təhlükə yaratdığını qeyd edib. O, ağ çörək yerinə qara çörəyi, konservləşdirilmiş tərəvəzlər əvəzinə təzə tərəvəzlər seçməyi məsləhət görüb.

Həkimlərin tövsiyələrinə görə, ürək sağlamlığı üçün qida rasionunda təzə və təbii məhsullara üstünlük vermək, yüksək duz və şəkər tərkibli souslardan uzaq durmaq vacibdir. Bu sadə dəyişikliklər ürək xəstəliklərinin qarşısını almaqda mühüm rol oynaya bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031