bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Saat 18:00-dan sonra yeməkdən imtina arıqlamağa kömək edir? - Mütəxəssisdən CAVAB

29-12-2024, 10:49 1 dəfə baxılıb

 


Artıq çəkidən qurtulmaq istəyən bir çox insan müxtəlif pəhrizlər və qida məhdudiyyətlərinə müraciət edir. Bu üsullardan biri də saat 18:00-dan sonra yeməkdən imtina etməkdir. Amma bu metod həqiqətən arıqlamağa və nəticəni uzun müddət saxlamağa kömək edirmi?

Rusiyalı diyetoloq və endokrinoloq Yuliya Atamanova bu mövzu ilə bağlı fikirlərini bölüşüb.

Mütəxəssisin sözlərinə görə, 18:00-dan sonra yeməkdən imtina insanı qısa müddətdə arıqlada bilər. Lakin bu metodun ciddi bir mənfi cəhəti var - o, uzunmüddətli nəticələr təmin etmir.

"Axşam saatlarına yaxın aclıq hissi toplanır. Çox vaxt nahar və şam yeməyi arasındakı fasilə 5 saatdan çox olur. Yorğunluqla birlikdə insanın özünü yeməklə mükafatlandırmaq arzusu yaranır. Bu vəziyyətdə porsiya ölçüsünü nəzarətdə saxlamaq çətinləşir. Belə bir rejimdə tez-tez pozuntular baş verir və çəki geri qayıdır. Həmçinin, insanlar yeməksiz rahatlanmağı və zövq almağı öyrəşə bilmir, dostları və qohumları ilə görüşlərdən imtina etməkdə çətinlik çəkirlər. Buna görə də bu rejimdə uzun müddət yaşamaq mümkün deyil" , - deyə Atamanova vurğulayıb.

Diyetoloq qidalanma rejimini tarazlaşdırmağı, güclü aclıq hissinin qarşısını almağı və porsiya ölçüsünə nəzarət etmək üçün gün ərzində bir neçə qəlyanaltı etməyi məsləhət görüb.

"Düzgün tərtib edilmiş rasion və kalori defisiti ilə istənilən saatda yemək mümkündür və buna baxmayaraq arıqlamaq olar" , - deyə mütəxəssis qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031