bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Alimlər pəhrizsiz, idmansız arıqlamağın yolunu tapdılar

28-12-2022, 11:02 24 dəfə baxılıb

Alimlər pəhrizsiz, idmansız arıqlamağın yolunu tapdılar
Yeməyi yavaş-yavaş yemək arıqlamağa kömək edir.

Bu barədə Meksikanın Xuares-del-Estado-de-Duranqo Universitetinin alimləri “Pediatric Obesit” jurnalında məqalə dərc ediblər.

Elm adamları bunu sınamaq üçün 54 könüllü üzərində təcrübə keçiblər.

Təcrübədə iştirak edənləri iki qrupa bölüblər. Birinci qrupun üzvləri hər tikəni 30 saniyə çeynəyiblər, ikinci qrupdakılar isə normal sürətlə yemək yeyiblər. Təcrübə bir il davam edib. Bu müddət ərzində subyektlər idman etməyiblər və xüsusi pəhrizlər saxlamayıblar.

Altı aylıq tədqiqatdan sonra birinci qrupdakı iştirakçıların təxminən iki kiloqrama yaxın arıqladıqları (il ərzində çəkilərinin 3-5%-i) görünüb, ikinci qrupdan olan könüllülər isə üç kiloqramdan çox (il ərzində ilkin çəkilərinin 7-8%-ə qədər) kökəliblər.

“Yavaş yemək effektivdir, çünki beyinə mədənin tox olduğunu anlamaq üçün daha çox vaxt verir. Yeməyi çox tez yeyəndə beyin insanın tox olduğunu başa düşməyə vaxt tapmır və aclıq hissi yox olmur. Bu da insanın yemək həddini aşmasına gətirir”, - deyə alimlər qeyd ediblər.

Tədqiqatçılar, həmçinin daha nəzərəçarpan nəticə əldə etmək üçün yeməkdən əvvəl bir stəkan su içməyi və yeməklər arasında qəlyanaltıdan çəkinməyi tövsiyə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930