bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Xəzər dənizində itkin düşən balıqçının meyiti aşkarlandı - TƏFƏRRÜAT

2-02-2025, 11:55 0 dəfə baxılıb

Xəzər dənizində meyiti tapılan balıqçı ilə bağlı bəzi detallar məlum olub.

Bizimlider Baku TV-yə istinadən məlumat verir ki, meyit bir müddət əvvəl itkin düşən balıqçılardan biri Nazim Abbasova aiddir.

"Dənizdə işləyərkən onu suyun üzərində gördük, çıxarıb ailəsinə təhvil verdik. Mərhumu öncədən tanımamışam, dənizdə işləyən zaman bir-iki dəfə görmüşdüm", - deyə balıqçı Mais Məmmədov bildirib.

Xəzər dənizinin Lənkəranın Siyavar kəndinə düşən sahilində meyit aşkarlanıb.

Bizimlider "Report"a istinadən xəbər verir ki, tapılan meyitin bir müddət əvvəl itkin düşən balıqçılardan biri Nazim Abbasova aid olduğu qeyd olunur.

Qeyd edək ki, yanvarın 14-də balıq tutmaq məqsədilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxıblar və itkin düşüblər.

Ətraflı süjetdə:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031