bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Xaçmazda qandonduran cinayətin DETALLARI

2-02-2025, 18:00 0 dəfə baxılıb

 Xaçmazda kişi bıçaqlanıb, onun həyat yoldaşı isə maşınla vurulub.

Bizimlider xəbər verir ki, hadisə Xaçmazın Qaraçı kəndində baş verib.

Belə ki, 41 yaşlı Azər Şərifov qohumu, 35 yaşlı Rahim Məmmədovu bıçaqlamaqda şübhəli bilinir.

İddiaya görə, o, daha sonra Rahim Məmmədovun həyat yoldaşı, 33 yaşlı Sevinc Məmmədovanı avtomobillə vurub.

Bıçaq xəsarəti alan Rahim Məmmədovun atası bildirib ki, tərəflər arasında mübahisə yaranıb. Onun iddiasına görə, Azər Rahimi dava üçün təyin etdiyi yerə çağırıb.

Yaşanan bu hadisədən sonra həm bıçaq xəsarətləri alan Rahim Məmmədov, həm də maşınla vurulan qadın xəstəxanaya yerləşdiriliblər.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə saxlanılıb.

Ətraflı Baku TV-nin süjetində:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031