bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Rafael Ağayev: "Kim vəzifəsini layiqincə yerinə yetirə bilmirsə, istefasını verib getsin"

24-02-2025, 18:00 1 dəfə baxılıb

 "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandasının bir üzvü olmaq və onun etimadını qazanmaq mənim üçün böyük fəxrdir".

Bu sözləri Bizimlider-ə-a açıqlamasında beşqat dünya, 11 qat Avropa çempionu və Olimpiya mükafatçısı olan Rafael Ağayev deyib.

"Açığı, mən Milli Olimpiya Komitəsinin iclasına çağırılanda üzv seçiləcəyimdən xəbərsiz idim. İclas zamanı yeni üzvlər sadalanarkən adımın çəkilməsi mənim üçün qürurverici oldu. Bu onu göstərir ki, Prezidentin etimadını qazana bilmişəm. Bundan sonra da var gücümlə çalışıb, bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyimə söz verirəm.

Daha öncə verdiyim müsahibələrimdə də qeyd etmişdim ki, Azərbaycan xalqının məni necə sevdiyini hiss edirəm. Amma həqiqətən, bu qədər çox sevildiyimi bilmirdim. Karate Federasiyası ilə baş verən hadisələr zamanı bütün xalqımız mənə dəstəyini nümayiş etdirdi. Mən də xalqımız üçün, bayrağımızı daha da ucalarda dalğalandırmaq üçün əlimdən gələnin daha artığını etməyə çalışacağam. Sadəcə, onu deyə bilərəm ki, kim öz vəzifəsini layiqincə yerinə yetirə bilmirsə, istefasını verib getsin. İcazə versinlər, bu işin öhdəsindən gələ biləcək insanlar ölkəmizə fayda vermək üçün vəzifəyə təyin olunsunlar", - deyə R.Ağayev bildirib.

Qeyd edək ki, Azərbaycanın olimpiya mükafatçıları, dünya və Avropa çempionları olan Rafael Ağayev və Hacı Əliyev Milli Olimpiya Komitəsinə (MOK) fərdi üzv qəbul olunublar






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031