bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bəzi ərazilərə qar yağır, güclü külək əsir - FAKTİKİ HAVA - 26.02.2025

26-02-2025, 16:30 0 dəfə baxılıb

 Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bu barədə Bizimlider-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 26-sı saat 14:00-a olan məlumata əsasən, hazırda ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Belə ki, Qax, Zaqatala, Quba, Qusar, Xaltan, Şabran, Xaçmazda, eyni zamanda Abşeron yarımadasının bəzi yerlərində arabir qar yağır.

Sarı xəbərdarlığa uyğun olaraq, qərb küləyinin sürəti Laçında 21 m/s, Şahdağda 20 m/s, Daşkəsəndə 18 m/s, Kəlbəcərdə 17 m/s, Bakıda və Abşeron yarımadasında 16 m/s, Zaqatala, Şəki və Yardımlıda 15 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 9, Naxçıvan MR-də 3 dərəcəyədək isti, dağlıq rayonlarda 8, yüksək dağlıq ərazilərdə 15 dərəcəyədək şaxta qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031