bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakıda şadlıq evinin fəaliyyəti dayandırılıb

26-02-2025, 18:00 0 dəfə baxılıb

 Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 196 ünvanında yerləşən "İdeal" şadlıq evinin fəaliyyəti dayandırılıb.

Bizimlider xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

- obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb və mövcud qurğulara xüsusi lisenziyası olan təşkilatlar tərəfindən xidmət göstərilməyib;

- elektrik təsərrüfatı "Elektrik qurğularının quraşdırılması qaydası"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;

- obyektdə standarta uyğun olmayan elektrik qızdırıcı cihazlardan istifadə olunur;

- obyektdə yanar materiallardan olan bəzək əşyaları mövcuddur;

- obyekt odsöndürən balonlarla tam təmin edilməyib;

- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;

- təxliyə planı mövcud deyil;

- pilləkən qəfəsində anbar otağı quraşdırılıb;

- obyektin pəncərələrinə metal barmaqlıqlar quraşdırılıb;

- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

"Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş "İdeal" şadlıq evinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib", - deyə məlumatda qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031