bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qurtulmağın bir yolu var - "EVDƏ QAL"

9-04-2020, 15:16 203 dəfə baxılıb

Qurtulmağın bir yolu var - "EVDƏ QAL"
Yağı düşmən kəsilibdir cahana,
Bu virusa ad qoyublar "korono".
Tabe olmur təbibə ya dərmana,
Qurtulmağın bir yolu var - "EVDƏ QAL"

Allah sənə ağıl, şüur veribsə,
Aqil sənə yol göstərib deyirsə.
Hər kəs bu gün insanları sevirsə,
Qurtulmağın bir yolu var - "EVDƏ QAL"

İnsansansa cavanları düşün sən,
Körpələri, ahılları düşün sən.
İnsanlığa gəl kəsilmə düşmən sən,
Qurtulmağın bir yolu var - "EVDƏ QAL"

Mən güclüyəm, dözümlüyəm demə sən,
Bu mərəzə yoluxmaram demə sən.
Elə et ki, peşimanlıq çəkmə sən,
Qurtulmağın bir yolu var - "EVDƏ QAL"

Risk önündə qalıb bu gün hər kəsin,
Fədakardır əsgər, həkim, polisin.
Gəl itirmə, sən onların zəhmətin,
Eşit! Eşit fəryadını Qalibin,
Qurtulmağın bir yolu var - "EVDƏ QAL"

Vəkil Qalib Məmmədov
İmişli şəhəri
03-04-2020






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30