Yardım kampaniyası davam edir - Biz birlikdə güclüyük
Karonavirus pandemiyası bütün dünyada tüğyan edir. Bizim Möhtərəm Prezidentimiz İlham Əliyev və Vitse prezidentimiz Mehriban xanım Eliyeva millətimizin bu xəstəlikdən zərərsiz itkisiz çıxa bilməsi üçün bütün ön tədbirlər görmüşdür. Evdə qalın sağlam olun deyərək hər bir vətəndaşımızın sağlamlığını düşünmüşdür. Gəlin bizdə həmrəy olaq və Prezidentimiz İlham Əliyevin və Vitse prezidentimiz Mehriban xanımın dəstəkçisi olaraq həmrəy və birlik olaq.
Bu şəkillərdəki xanım Tağıyeva Şəhla Ramiz qızı öz kiçik imkanı ilə aztəminatlı ailələrə yardımlar edir. Paylaşmaq, paylaşmağı bacarmaq üçün ürək lazımdır. Bu xanımın hərəkəti məncə bir nümunə olmalıdır maddi imkanı və yüksək gəliri olan vəzifəli şəxslərə.Gəlin həmrəy olaq. Gücümüz birlikdədir. EVDƏ QAL SAGLAM YAŞA.
Şəhla Yaşar