bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

"Mehriban Əliyeva təkcə ölkənin birinci xanımı deyil, həm də bir vətəndaş olaraq Azərbaycan üçün çox böyük işlər görüb"

14-10-2019, 14:48 310 dəfə baxılıb

"Mehriban Əliyeva təkcə ölkənin birinci xanımı deyil, həm də bir vətəndaş olaraq Azərbaycan üçün çox böyük işlər görüb"
"Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, "Qızıl ürək" sahibi - bunları sadalamadan da Azərbaycan coğrafiyası, eyni zamanda dünya miqyası üçün sadəcə Mehriban Əliyeva desək hər bir insanın ağlına, fikrinə yuxarıda sadalanan titulları özündə birləşdirən insan gəlir".

Mehriban Əliyeva sadəcə ölkənin birinci xanım olaraq deyil, ümumiyyətlə bir vətəndaş, qadın, ana olaraq mövqeyini ortaya qoyaraq Azərbaycan məkanı üçün çox böyük işlər görüb və bu işlərin altına öz imzasını atıb. Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban Əliyevanın ölkənin mədəniyyət sahəsinin inkişafında həyata keçirdiyi işləri xüsusi vurğulayıb. Azərbaycanın qədimliyini bir daha isbat etməyimizə şərait yaratması əlbəttə ki, əvəzedilməzdir: "Yenidən bərpa edilən mədəniyyət ocaqlarımız üçün ona minnətdarıq. Amma onun fəaliyyəti sadəcə bununla bitmir. O, bu gün torpaqları işğal altında olan, 22 ildən bəri böyük bir çətinliklərlə üzləşən insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün əlindən gələni edir, onların dərdləri ilə ortaq olur, qayğılarını çəkir. Düzdür, o gənc nənədir. Amma bununla bərabər o, gənc ana ikən qucağını Azərbaycanda yaşından asılı olmayaraq hər bir insana açıb. Kimsəsiz uşaqlar üçün yaradılan şərait, Heydər Əliyev Fondunun himayəsi ilə tikilən uşaq evlər göz qabağındadır".

Mehriban xanım Əliyevanın səhiyyə sahəsində gördüyü işlər barəsində, onun təhsil sahəsində gördüklərinin misilsiz olduğunu söyləyib. "Əgər böyük siyasət meydanına nəzər yetirsək, Mehriban Əliyeva bu gün Azərbaycanı bütün dünyada çox yüksək səviyyədə təbliğ edən bir xanımdır. Onun timsalında bu gün dünya ictimaiyyəti və ölkələri Azərbaycan qadınının kimliyinə, onun xarici gözəlliyinə və daxili zənginliyinə bələd olurlar.

Natiq Tahirov
Abşeron rayon Saray Bələdiyyəsinin sədri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30