bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

ƏNGƏLSİZ DÜŞÜNCƏ-MƏTANƏT QÜDSİ

10-06-2020, 23:05 387 dəfə baxılıb

ƏNGƏLSİZ DÜŞÜNCƏ-MƏTANƏT QÜDSİ
Bu gün hansı fərdi inkişaf kitabını açsaq, bizə həyatı sevməkdən, iddialı, məqsədli olmaqdan və dolayısı ilə nəailiyyəti əldə etməkdən bəhs edər və bizə bunu sübut etmək üçün bir çox misallar çəkərlər. Ancaq, mənim burada qələmə alacağım bir misal deyil, gerçəyin özüdür! Burada, əlilliyi olan belə cəsarət edə bilməyəcəklərini həyatı sevməklə və bir çox nəaliyyətlər qazanmış bir şəxsin keçdiyi həyat yolu qələmə alınıb..

Bir insanın fiziki məhdudiyyətli olması heç də o adamın hər hansı bir sırada geri qalması demək deyil. Fiziki cəhətdən əlil olan insanlar var ki, onlar mənəvi cəhətdən bəzi, çox sağlam adamlardan da faydalıdır. Əlillik zahiri əlamətdir, ancaq elə insanların mənəviyyatı əksər hallarda sağlam olur. Sağlamlıq imkanları məhdud şəxslərin bir qismi bu məhdudluğu özlərinə dərd etsələr də, bununla barışmayaraq özlərini heç də fiziki cəhətdən sağlam olan insanlardan zəif bilməyənlər də az deyil. Sağlamlıq imkanları məhdud şəxslərə sovet dönəmində də, sonrakı illərdə də Azərbaycanda böyük diqqət və qayğı göstərilib. Möhtərəm Prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə 2013-cü ildən yenidən fəaliyyətə verilən “1 Saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi”də Sağlamlıq imkanları məhdud şəxslərin inkişafında mühüm rol oynayır. Bu mərkəz bir çox əngəlli şəxslərin həyatına doğan, onları qapanıb qaldığı qaranlıqdan çıxaran yeni bir ümid işığı olur. Və mərkəzin direktoru Rəhilə xanımın əngəlli şəxslərə olan diqqətini, qayğısını xüsusi qeyd etmək lazımdır.
Fiziki əngəlli insanlar sadəcə fiziki cəhətdən məhdudludur, mənəvi cəhətdən isə normaldırlar. Fiziki əngəlli insanlar çox şeyə qadirdir, onların yaradıcılığının və zəkasının məhsulu olan çoxlu sayda nümunələr var. Belə şəxslərdən biri də Mətanət Quliyevadır.

ƏNGƏLSİZ DÜŞÜNCƏ-MƏTANƏT QÜDSİ

QADIN GÖZƏLLİYİNİN ZƏRİF ÖRNƏYİ! Quliyeva Mətanət (Qüdsi) Elşən qızı 1997-ci il iyulun 31-də Şəmkir rayonun Bayramlı kəndində anadan olmuşdur. 6-cı sinifdə oxuyandan əlil arabasına məhkum olmuşdur. O, ilk öncə əlil arabasına qorxunc bir əşya kimi baxıb, lakin, sonradan düşünüb ki, əlil arabasını sevməlidir və artıq sonradan o, əlil arabasına bir əşya kimi yox, bədəninin bir hissəsi kimi, bir ayaqqabı kimi baxıb. 6-cı sinifdə oxuduğu vaxta qədər isə yeriyib və tam olaraq özünü idarə edə bilib. 2015-ci ildə Tofiq Cəfərov adına Bayramlı kənd orta məktəbini bitirib. Elə həmin ildə Gəncə Regional Kollecin “Təsviri-incəsənət müəllimliyi” ixtisasını qazanıb.
Mətanət Quliyeva 5-ci sinifdən toxumağa başlayıb, hətta, o, ilk dəfə adi yazı qələmləri ilə toxuyub. Sonradan isə bunun kursunu keçib. 2014-cü ildə 1 Saylı Sağıamlıq İmkanları Məhdud Gənclərin Peşə reabilitasiya mərkəzində Toxuma kursu üzrə sertifikat almışdır.
Mətanət xanım, sadə, ağıllı və təmkinli bir xanımdır. Nəcib və nəzakətlidir. Humanist və xeyirxahdır. Onun əməllərinin mayasında böyük ürək, işıqlı təfəkkür, zəngin intellekt dayanır. Tanrı hər yaratdığı bəndəsinə böyük ürək vermir... Allah o kəslərin təfəkkürünü işıqlandırır ki, onlar buna layiqdirlər... Zəngin intellekt də Yaradanın sevgi və səxavətlə bəxş etdiyi istedadın cilalanmasıdır..
Mətanət Quliyeva fəaliyyəti ilə insanların ağıl, düşüncə, ürək və göz yaddaşında heç vaxt pozulmayacaq bənzərsiz bir lövhə yaradıb. Bu lövhə ən mahir rəssam tərəfindən min bir sevgi ilə kətana köçürülən, dünyanın məşhur sərgi salonlarını bəzəyən, tamaşaçıların qəlbini riqqətə gətirən tablodan da qiymətlidir məncə. Ən azı o səbəbdən ki, mənəvi ucalıqdan xəbər verən nəcibliyi tərənnüm edir,insanlığa xidmət edir-böyük hərflərlə yazılmış İNSANLIĞA...
O, fəaliyyəti ilə sübut edir ki, bu gün Azərbaycan qadını güclü olmalıdır. Güclü olmaq üçün isə fiziki gücə ehtiyac yoxdur, daha bilikli, daha ağıllı, daha adil, daha intellekt olmaq lazımdır. Qəlbimiz hər kəsinkindən daha çox insan sevgisi ilə dolu olmalıdır. Bax, o zaman bütün çətinlikləri enmək mümkündür...
Mətanət Quliyeva taleyinə, qismətinə düşən həyatın nəbzini tutaraq ağlı, bəlkə də yaşına uyuşmayan müdrikliyi, ən əsası, bunu gözəlləşdirən əməlləri ilə onun fövqünə ucalmağı bacardı, zamanın parlaq zərrəsinə çevrildi. Və etiraf edək ki, müxtəlif səviyyəli, fərqli dünyagörüşlü insanların qəlbinə nüfuz etmək, hamını razı sala biləcək qərarlar qəbul etmək asan deyil. O İSƏ BUNU BACARIR...
Əslində, o, insanları sevməklə özünü sevdirdi. Sadəliyi və xeyirxahlığı ilə az zamanda bir çoxlarının sevgisini qazandı. O, indi Azərbaycanın ən gənc və sevilən, ən güclü, ən qüdrətli simalarından biri kimi tanınır və qəbul edilir.

ƏNGƏLSİZ DÜŞÜNCƏ-MƏTANƏT QÜDSİ

Mətanət Quliyeva cəmiyyətin həyatında müsbət dəyişiklər etməyi bacaran, mühüm əhəmiyyət kəsb edən məsələlərə dair prinsipial mövqe tutan xanımdır. O əsl Azərbaycan xanımının simvoludur, nümunəsdir. Mətanət xanım əngəlini bir bəhanə olaraq görmək yerinə özünü inkişaf etdirməyə, çevrəsini aydınlatmağa və çalışması ilə ölkəmizə dəyər qatmağa çalışır.

KƏPƏNƏYİN SALDIĞI YOL...

Şeir yazmaq bir peşə deyil. Yazmaq ruhun işidir.. Şair mütəfəkkir ola bilər, amma hər mütəfəkkir şair ola bilməz. Şair daha çox geniş diapazona malikdir. Onun coğrafiyası da böyükdür. Şairi fərqləndirən onun ilahi vergisi və bu verginin nəzəri biliklərlə cilalanmasıdır. Şairlər şair olaraq doğulur. Bununla yanaşı, mütaliəsini zənginləşdirən şairlərin sözü daha təsirli və geniş poetik coğrafiyanı əhatə edir. Bu konteksdən gənc şairə Mətanət Quliyevanın yaradıcılığı ilə yanaşı, mütaliə qabiliyyəti də zəngindir. O, ilk şeirini 2010-cu ildə yazmışdır. Darıxdığı bir vaxtda qələmə aldığı “Söhbət” şeiri həqiqətən insanın ruhuna toxunan bir şeirdir:

Sakit yaz aylarıydı..
Oturmuşdum bağda tək
Gəlib qondu ovcuma,
Birdən sarı kəpənək
Sən nə edirsən? - dedi.
Darıxıram söylədim.
Dedi, artıq mən varam,
Darıxmağın nədəndi?
Söylədi məni dinlə,
Çox üz vermə qüssənə
Gün gələr gözəlləşər,
Həyat gülər üzünə.
Adın kimi ol mətin,
Çalış göstər dəyanət.
Getməz bada zəhmətin,
Mətin ol, ay Mətanət.

Məktəbdə oxuyan uşaq olmadım
Mənim də hər fəsil məktəbə gedib,
Dərslərdən bezdiyim günlər olmadı
Kefinə düşəndə bir misal yazıb,
İlliyə beş çıxan rübüm olmadı.
Olmadı mənim də azad baxışım,
Sinif qızları tək dəblə yarışım.
Hər dərsin axırı, son dəqiqəsi
Tənəffüs ardına hazır qaçışım.
Qara önlüyüm tək qaraydı bəxtim,
Tapşırıq yazırdı müəllim yox,həkim.
Bir sual gəzirdi sol tərəfimdə
Sənin taleyinə necə gül əkim?
Məktəbin zənginə açılırdı göz,
Yalvarıb, ağrıma, deyirdim ki, döz!
Yaşıdım məktəbdə, günüm təbibdə,
Qanmadı fələyim bircə dəfə söz...

Mətanət xanımın incə,kövrək qəlbindən süzülən dürr sözlər ağ vərəqlərə köçərək işıq üzünə çıxıb. O, 2015-ci ildə “Kəpənəyin saldığı yol” adlı ilk şeirlər kitabını oxuculara təqdim edib.
Gənc şairənin poeziyasında,onun şeirlərində gözəllik, bəzən nisgilli, bəzən qəmli, ürək titrədən duyğular əks olunmuşdur. Onun şeirlərinin gözəlliyi təkcə forma dəqiqliyindən daha çox əsl səmimiliyindədir. Gözəl şairə şeirlərini “Qüdsi” təxəllüsü ilə yazır.

ƏNGƏLSİZ DÜŞÜNCƏ-MƏTANƏT QÜDSİ

Mətanət xanım həmişə işin asanından deyil, çətinindən tutur. Hər şeyə böyük əzmlə nail olan mübariz xanım həyatının böyük hissəsini əlillərlə bağlı layihələrə həsr edib. Mətanət Quliyevanın layihələri:
-Şəmkir rayon Heydər Əliyev mərkəzində fəaliyyət göstərən 6 ay ərzində Sağlamlıq İmkanları məhdud olan uşaqlara əl işlərinin öyrədilməsi layihəsinin müəllifi və rəhbəri;
-2018-ci ildə Azərbaycan Gənclər Fondunun elan etdiyi X Qrant müsabiqəsinin qalibi “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası mövzusunda təlimin təşkili” adlı layihənin təşkili və aparıcısı;
-2019-cu ildə təşkilat olaraq Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi IV Qrant müsabiqəsinə “Nəsiminin 650 iillik yubileyi ilə əlaqədar əlilliyi olan gənclər arasında tədbirlərin təşkili” adlı layihənin rəhbəri;
-2019-cu ilin sentyabr və noyabr aylarında ictimai birlik olaraq, Türkiyə Aikido Təşkilatı Dərnəyinin 7 nəfərlik heyətini ölkəmizə dəvət edərək, əlilliyi olan gənclər arasında “Əngəlsiz Aikido” layihəsinin ideya rəhbəri;

Və hal-hazırda isə Mətanət xanım “Əngəlsiz Düşüncə” Sosial İnkişafa Yardım İctimai Birliyinin sədridir. “Əngəlsiz Düşüncə” Sosial İnkişafa Yardım İctimai Birliyinin təşkilatçılığı ilə bir çox tədbirlər, təlimlər həyata keçirilir. Elə təlimlər ki, orada iştirak edən hər bir şəxs mütləq ki, həmin təlimlərdən özləri üçün faydalı məsləhətlər alırlar. Layihənin bu səviyyədə olması onun intellektinin, təşəbbüskarlığının nüfuzunun təşkilatçılıq və idarəetmə bacarığının bəhrəsidir.

Bunlardan əlavə, Mətanət Quliyevanın bir çox uğurlu fəaliyyətləri də vardır:
-2017-2018-ci illərdə Paralimpiya ailəsinə qoşularaq Boccia idman növünün BC-1 kateqoriyası üzrə 1-ci yer Kubokunun qalibi olmuşdur;
-2016-2018-ci illərdə Şəmkir rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən müxtəlif nominasiyalar üzrə müsabiqədə iki dəfə “İLİN GƏNCİ” adına layiq görülüb;
-2019-cu ilin dekabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən “Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların Vlll Ümumrespublika bədii yaradıcılıq baxış müsabiqəsi”ndə iştirak edərək, ”Bədii qiraət” nominasiyası üzrə 1-ci yerin mükafatçısı olub;
-Şəmkir rayon Heydər Əliyev mərkəzində fəaliyyət göstərən Yaradıcı Yazarlar klubunun yaradıcısı;
-Şəmkir rayon Heydər Əliyev mərkəzində “Əngəllərə yox deyək” adlı təlimin təlimçisi;
-Şəmkir rayon “Zəka” Gənclərin intellektual inkişaf və yaradıcılıq mərkəzində “Fərqli görürsən, Fərqli deyilik” adlı təlimin təlimçisi;
-Şəmkir rayon Heydər Əliyev mərkəzində Regional “Söz İşığı” Poeziya gecəsinin təşkilatçısı və aparıcısı;
-2017-ci ildə Avropa İttifaqının maliyyə dəstəyi ilə Türkiyənin Ankara şəhərində həyata keçirilən “ENGELLİ KAZANIR,İNSANLIK KAZANIR” adlı layihəsində Avropa könüllülük fəaliyyəti;
-Qazax rayon Gənclər Evində “Əngəlsiz Düşüncə” adlı təlimin təlimçisi;
-“Cümhuriyyətin Varisləri-Azərbaycanın gələcəyi” devizi altında Azərbaycan Gənclərinin VIII Formunun iştirakçısı.

Həyatda elə insanlar var ki, nə zaman onlara söz versən həmişə hər şeydən narazıdırlar. Baxırsan hər şeyi, hər şəraiti var amma şükür etmək əvəzinə üsyandadırlar. Belə insanlar görəndə ağlımdan bir sual keçir: “Görəsən, bunlar müəyyən məhdudlu, əngəlli olsalar nə edərlər?” Bunları görə-görə anladım ki, Allaha sahib olduqlarına görə şükür edən çox az insanlar var. Şükür etməyi bacaran və bundan dərs ala biləcəklərimiz isə həyata tutunmuş, sözün əsl mənasında, ölümlə mübarizəsində məğlubiyyətdən son saniyədə vurulan zərbələrlə xilas olub yaşam savaşını öz xeyrinə bitirən əngəlli insanlardır.

LƏMAN XƏYALQIZI (ƏSGƏROVA)
ADPU-nun 2-ci kurs tələbəsi
ƏNGƏLSİZ DÜŞÜNCƏ-MƏTANƏT QÜDSİ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930