bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Üç yaşlı uşağı öldürüb AZADLIQDA QALDI: “Qiyamət günü olduğunu düşündüm”

21-05-2022, 21:47 30 dəfə baxılıb

Üç yaşlı uşağı öldürüb AZADLIQDA QALDI: “Qiyamət günü olduğunu düşündüm”

Tərtərdə 3 yaşlı uşağı öldürən rayon sakini Elmir Hüseynov cinayət məsuliyyətindən azad edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə 2020-ci ilin iyulunda baş verib və məhkəmə çəkişməsi bir neçə gün öncə yekunlaşıb. Gəncə Ağır Cinayətlər Məhkəməsi E.Hüseynovun cinayəti anlaqsız vəziyyətdə törətməsi qənaətinə gəlib və ona cəza verilməyib.

Hadisə günü Elmir xalası oğlu ilə birlikdə etdiyi Hacıqərvənd kəndində yerləşən marketin qarşısına gələrək, orada qeyri-adekvat davranışlar nümayiş etdirib. Belə ki, o, mağazanın qabağında dayanan “VAZ 2107”ni görüb “məni bu avtomobildə olan şəxslər öldürəcəklər” deyərək qışqırıb. Xalasıoğluna “qoyma, atam məni güllələmək istəyir, qaç sən də özünü qoru, birdən güllə sənə də dəyər”deyib. Sonra marketə girib satıcı Raminə “icazə vermə ki, məni öldürsünlər, Allahu Əkbər, namaz qılmağına baxmayaraq sənin nisyə dəftərin var” deyərək qışqırıb. Əlindəki bıçaqla ətrafdakı insanları hədələyib.

Daha sonra marketdən çıxıb yaxınlıqda yaşayan qohumu Təhmasib gilə gedib. Evin pəncərəsini sındırıb onlara “sizi öldürəcəm, hardasınız, bura gəlin” deyib. Həmin vaxt Təhmasib evdə olmadığından həyat yoldaşı Ləman (şərti ad) özünü və uşaqlarını qorumaqda çətinlik çəkib. Elmir həyətdən götürdüyü ketmanla əvvəlcə 4 yaşlı qızı vurmaq istəyib. Bu zaman ana qızını müdafiə edərək özünü zərbənin qabağına verib. Elmirin dayanmasından istifadə edərək qızını tez evə çıxararaq qapını bağlayıb. Bu zaman Elmir bağda oynayan 3 yaşlı Öməri görüb. Uşağı vurmaq üçün onun üzərinə gedib. Uşaq qaçmaq istəyərkən yıxılıb. Ana uşağını müdafiə etmək istəyəndə Elmir onun başından vuraraq huşunun itməsinə səbəb olub. Həmin ərəfədə isə 3 yaşlı oğlanın başına və bədəninə çoxsaylı zərbələr vurmaqla xəsarət yetirib. Ana ayılanda uşağın qan içində olduğunu görüb. Uşağı xəstəxanaya çatdırsa da, 3 yaşlı Ömər gecə xəstəxanada vəfat edib.

Hadisə ilə bağlı məhkəmədə dindirilmiş Elmir Hüseynov hadisənin hansı şəraitdə baş verməsini tam xatırlamadığını deyib: “10 ildir qəssab işləyirəm. 3-4 il əvvəl Təhmasibin anası rəhmətə gedəndə onlarda olmuşam. Hadisə günü günortaya kimi ət satmışam, sonra yoldaşımı diş həkiminə aparmışam. Sonra da xalamoğlu Eminlə Hacıqərvəndə getmişik. Raminin işlətdiyi mağazaya çatanda özümü narahat hiss etdim, başım dumanlandı. Maşındakı bıçağı götürüb mağazaya girdim, kiminsə üstümə gəldiyini düşünərək “məni sən başa düşərsən, qardaşın da gəlir, qoyma” deyib Raminin üstünə qışqırdım. Emin və Ramin məni saxlamaq istəyəndə əllərindən qaçıb mağazadan çıxdım, qiyamət günü olduğunu düşünərək “Allahu-əkbər, Allahu-əkbər” deyib qışqırdım. Bundan sonra baş verənləri xatırlamıram. Ancaq şüşənin qırılma səsini eşitdim. Özümə gələndə təcili yardım çağırılmışdı, mənə iynə vuruldu, gecə atam polis şöbəsinə getməli olduğumuzu dedi. Ramin din adamı olduğundan məni başa düşəcəyini fikirləşmişdim. Qiyamət günü olduğunu, balanı anadan ayırdıqlarını düşündüm, əcaib, xoşagəlməz səslər eşitdim”.

Qadın oğlunun vurulması epizodunu belə xatırlayıb: “Başımı həyətə çevirəndə Ömərin ağacların arasından baxdığını gördüm. Bu zaman Elmir evin qarşısında “bura gəlin, sizi öldürəcəm” deyə qışqırdı. O əlində ketman Ömərin üstünə getdi, Ömər armud ağacına tərəf qaçanda ayağı ilişib yıxıldı. Elmir birinci Öməri vurmadı. Məni vurmağa başladı. Həmin vaxt huşum getdi. Başımı qaldıranda Ömərin başından qan axdığını gördüm, onu qucağıma alıb yola qaçdım. Qonşunun maşını ilə Öməri Tərtər xəstəxanasına apardıq. Gecə saatlarında Ömər dünyasını dəyişdi”.

Araşrımalar zamanı məlum olub ki, Elmir Hüseynov 2012-ci ildə yol qəzası keçirib və qapalı kəllə-beyin travması alıb. Huşsuzluq və baş ağrıları ilə əlaqədar müalicə olunub. Lakin o, bu vaxtadək hər hansı ruhi-əsəb və narkoloji xəstəliklərlə bağlı müraciət etməyib və dispanser qeydiyyatında olmayıb. Məhkəmə Psixiatrik Espertiza Mərkəzinin rəyinə əsasən, Elmir cinayəti törədərkən depressiv tipli üzvi affektiv pozuntudan əziyyət çəkib. “Üzvi şizofreniyayabənzər pozuntu” formasında kəskin psixotik vəziyyət keçirib. Tərtər rayon polis şöbəsinin məktubundan isə aydın olub ki, Elmir cinayətdən əvvəl kannabinoid narkotikindən istifadə edib.

Təqsirləndirilən şəxs əməli anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilib. Ona psixiatriya stasionarında məcburi müalicə təyin olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930