bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Milli Bankın keçmiş rəhbərinin evi yandırıldı

17-09-2019, 11:53 129 dəfə baxılıb

Milli Bankın keçmiş rəhbərinin evi yandırıldı
Kiyev yaxınlığında naməlum şəxslər Ukrayna Milli Bankının keçmiş rəhbəri Valeriya Qontarevanın evini yandırıblar.

Bizimlider.com xəbər verir ki, bu məlumatı "Novoye vremya” qəzeti yayıb.

Məlumata görə, içərisində yandırıcı maddə olan butulkanın Qontarevanın evinə atılmasından sonra Milli Bankın keçmiş rəhbərinin evi yanmağa başlayıb. Yanğınsöndürənlərin evdə başlayan yanğını söndürə bilmədikləri vurğulanıb.

Qeyd edək ki, Qontareva hazırda Londonda yaşayır. Son zamanlar ona qarşı planlı hücumlar həyata keçirilir. Belə ki, avqustun sonunda onu piyada keçidində avtomobil vurub, bundan az sonra isə onun gəlininin avtomobili yandırılıb.(axar az)

Milli Bankın keçmiş rəhbərinin evi yandırıldı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930