bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Amerikalı diplomatdan sensasion iddia: ABŞ-ın dağılması qaçılmazdır - Fəlakət olacaq

25-12-2024, 10:16 0 dəfə baxılıb

 Amerika Birləşmiş Ştatlarının süqutu nə qədər geciksə, onun nəticələri bütün dünya üçün bir o qədər ağır olacaq.

Bunu “RİA Novosti”yə keçmiş amerikalı diplomat Cim Catras deyib.

O , ABŞ-ın dağılmasının qarşısını almağın mümkün olduğuna şübhə edərək, hadisəni qaçılmaz adlandırıb. Agentliyin həmsöhbəti xatırladıb ki, Sovet İttifaqı “demək olar ki, möcüzəvi şəkildə dağılıb”, baxmayaraq ki, “heç kim belə bir ssenari gözləmirdi”. Onun fikrincə, ABŞ-da indiki vəziyyət SSRİ-nin son illərinə bənzəyir. Xüsusilə, Catras qeyd edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp müəyyən mənada SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçova bənzəyən bir fiqurdur.

“O, xarizması və sistemi sarsıtmaq cəhdləri ilə Amerika imperiyasını xilas edə biləcəyinə inanır. Lakin bu, yalnız sabitliyin daha da pozulmasına gətirib çıxaracaq”, - diplomat izah edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031