bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Kanadada ABŞ dövlət himnini fitə basdılar

3-02-2025, 12:30 0 dəfə baxılıb

 Donald Trampın Kanadadan gələn mallara 25% rüsum tətbiq etməsindən sonra "Ottava Senatorz" və "Minnesota Uayld" komandaları arasında keçirilən hokkey matçında kanadalı azarkeşlər ABŞ-nin milli himni səslənərkən fit çalmağa başlayıblar.

Bizimlider "Fox Sports"a istinadən xəbər verir ki, Ottavadakı 20 minlik arenada oyun başlamazdan əvvəl müğənni Mandia Kanada və ABŞ himnlərini ifa edib. ABŞ himninin səsləndirilməsi zamanı tribunalardan fit səsi və qışqırıqlar eşidilib.

Xatırladaq ki, şənbə günü Tramp Kanada və Meksikadan idxal olunan mallara 25%, Çin mallarına isə 10% rüsum tətbiq edib. Tariflər fevralın 4-dən qüvvəyə minəcək. Kanada buna cavab olaraq oxşar tədbirlər görəcəyini vəd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031