Castin Trüdo: “Kanada Rusiyadan neft idxalını qadağan etmək niyyətindədir”
Kanada hakimiyyəti Ukraynadakı vəziyyət fonunda Rusiyadan neft idxalına qadağa qoymağa hazırlaşır.
Bu barədə Kanadanın baş naziri Castin Trüdo keçirdiyi mətbuat konfransında bildirib.
“Bu gün biz Rusiyadan xam neftin idxalını qadağan etmək niyyətimizi elan edirik. Bu sənaye Rusiya prezidenti Putin və onun oliqarxlarına böyük fayda verib”, - deyə o, bəyan edib.
Mənbə: TASS