bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Tramp: "ABŞ Qəzzanı satın ala bilər"

10-02-2025, 21:00 0 dəfə baxılıb

 Birləşmiş Ştatlar Qəzza zolağını satın ala, onun üzərində nəzarət qura və sonra ərəb ölkələrinin köməyi ilə bərpa edə bilər.

Bizimlider "Associated Press" agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz təyyarəsində jurnalistlərlə söhbətləşərkən deyib.

"Mən Qəzza zolağını satın almaq və ona sahib olmaq ideyasına sadiqəm. Qəzzanın bizim gücümüzlə bərpasına gəldikdə, Yaxın Şərqin başqa ölkələrinə onun hansısa hissələrini tikmək imkanı verə bilərik. Başqa insanlar bunu himayəmiz altında edə bilərlər", - deyə o bildirib.

Ağ Ev rəhbərinin fikrincə, ərəb ölkələri ABŞ ilə danışıqlardan sonra Qəzza sakinlərini qəbul edərək yerləşdirəcəklər.

ABŞ Prezidenti Donald Trump fələstinlilərin İsrail ilə münaqişənin başa çatmasından sonra Qəzza zolağına qayıtmalarının səhv olacağını iddia edir.

Bizimlider TASS-a istinadla xəbər verir ki, Ağ Ev rəhbəri bunu öz təyyarəsinin göyərtəsində jurnalistlərə deyib.

"Məncə, fələstinlilərə, Qəzza sakinlərinə qayıtmağa icazə vermək böyük səhvdir. HƏMAS-ın qayıtmasını istəmirik. Mən bu barədə böyük daşınmaz əmlak obyekti haqqında düşündüyüm kimi düşünürəm. Yaxın Şərqə sabitlik gətirəcəyik" , - deyə D.Tramp bildirib.

Birləşmiş Ştatların lideri əlavə edib ki, Qəzza zolağı tamamilə dağılıb, bu yer qaydaya salınacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728