bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Rusiyanın Ukraynaya hücumu: Polşa qırıcıları havaya qaldırıldı

11-02-2025, 10:30 1 dəfə baxılıb

 Fevralın 11-i səhər saatlarında Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar Polşanın və onun müttəfiqlərinin döyüş təyyarələri havaya qaldırılıb.

Bizimlider-in xəbərinə görə, bu barədə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı "X" hesabında məlumat verib.

"Ukrayna ərazisində yerləşən obyektlərə zərbələr endirən Rusiya Federasiyasının hücumu ilə əlaqədar bizim hava məkanımızda Polşa və müttəfiqlərinin təyyarələri fəaliyyətə başlayıb. Qırıcı döyüş təyyarələri havaya qaldırılıb", - deyə məlumatda bildirilib.

Polşa hərbçilərinin məlumatına görə, yerüstü hava hücumundan müdafiə və radiolokasiya kəşfiyyat vasitələri ən yüksək hazırlıq vəziyyətinə gətirilib.

"Görülən tədbirlər təhlükə altında olan bölgələrlə həmsərhəd ərazilərdə təhlükəsizliyin təmin edilməsinə yönəlib. Silahlı Qüvvələrin operativ komandanlığı mövcud vəziyyətə nəzarət edir, ona tabe olan qüvvələr və vasitələr isə dərhal cavab reaksiyası üçün tam hazır vəziyyətdədir", - deyə Polşa hərbçiləri vurğulayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728