bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Tramp bəşəriyyət üçün ən böyük təhlükədən danışıb

9-03-2025, 10:00 0 dəfə baxılıb

 ABŞ Prezidenti Donald Tramp nüvə silahını bəşəriyyət üçün əsas təhlükə adlandırıb.

Bizimlider xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına müsahibəsində danışıb.

Siyasətçi bildirib ki, dövlət başçısı kimi sələfi Co Bayden illərdir "ekzistensial təhlükə" haqqında danışıb və bunu iqlimlə əlaqələndirib.

"Mən isə dedim, yox, ən böyük təhlükə müxtəlif ölkələrdə yerləşir - bu nüvə silahlarıdır, sizi millərlə məsafəyə uçura biləcək nəhəng canavarlardır", - Tramp bildirib.

Xatırladaq ki, daha əvvəl ABŞ lideri qeyd etmişdi ki, Ağ Ev administrasiyası Rusiya və Çinlə nüvəsizləşdirmə üzrə danışıqlar aparmaq istəyir. Onun fikrincə, hər kəs nüvə silahından qurtulsa, çox gözəl ola bilər, bu silahların əksəriyyəti isə hazırda Rusiya və ABŞ-nin əlindədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031