bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

"İmamoğlu işi" ilə bağlı prokurorluqdan AÇIQLAMA

25-03-2025, 12:00 0 dəfə baxılıb

 İstanbul Baş Prokurorluğu şəhər bələdiyyəsinə qarşı cinayət istintaqı çərçivəsində saxlanılan şübhəlilərin tibbi yoxlanışlarının polis idarəsi daxilində edildiyi ilə bağlı xəbərlərin gerçəyi əks etdirmədiyini bildirib.

Bizimlider "Haber Global"a istinadən xəbər verir ki, açıqlamada tibbi yoxlamaların polis idarəsi binası xaricində həyata keçirildiyi qeyd olunub.

Prokurorluq tərəfindən yayılan yazılı açıqlamada bəzi media orqanlarında, əsasən Ekrem İmamoğlu olmaqla, saxlanılan bəzi şəxslərin dərmanlarının verilmədiyi də təkzib edilib.

Açıqlamada şübhəlilərin saxlanıldıqları müddətdə dərmanlarını istifadə etdikləri və bu vəziyyətin təhlükəsizlik orqanları tərəfindən protokola salındığı qeyd edilib. Bundan əlavə, şübhəlilərin həkim müayinələrinin təhlükəsizlik məmurunun olmadığı xüsusi bir otaqda və polis binası xaricində edildiyi bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031