Zaxarovadan ABŞ-a “səhv” çağırışı
Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ qoşunlarının İraqdan çıxarılmayacağı ilə bağlı məlumatlara münasibət bildirib.
TASS xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın İraqdan qoşunlarının çıxarılmaması barədəki bəyanatında “səhv” sözünə diqqət çəkib.
O, ABŞ-a səslənib ki, bəyanatda “səhv” sözünün işlədilməsini boyunlarına alsınlar.
“Əks halda yenidən “rus hakerləri”ni təqsirləndirəcəklər”, - deyə M.Zaxarova bildirib.
ABŞ Silahlı Qüvvələrinin qərargah rəislərinin komitə sədri Mark Milli jurnalistlərə açıqlamasında demişdi ki, ABŞ qoşunlarının İraqdan çıxarılması ilə bağlı məktub səhvən yayımlanıb.
Xatırladaq ki, məktubun mətni mediada dərc edildikdən sonra Pentaqon rəhbəri Mark Esper ABŞ-ın İraqdan qoşunlarını çıxarmaq qərarına gəlmədiyini bəyan edib.
Xatırladaq ki, yanvarın 3-də Bağdadda ABŞ-ın aviasiyasının raket zərbələri nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Əl-Qüds” qüvvələrinin komandanı Qasım Süleymani öldürülüb.(oxu.az)