bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İtaliya sərhədlərini açır

17-05-2020, 13:50 58 dəfə baxılıb

İtaliya sərhədlərini açır
İtaliya hökuməti ölkəyə girişə və çıxışa qoyulmuş məhdudiyyətləri iyunun 3-dən etibarən ləğv edəcək.

“İzvestiya” xəbər verir ki, bu barədə məlumat ölkənin Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilib.

Bildirilir ki, 3 iyun 2020-ci ildən etibarən ölkənin müxtəlif regionları arasında hərəkətə, həmçinin, xaricdən gəlişə məhdudiyyətlər yalnız 25 mart 2020-ci il tarixli qanuna əsasən qəbul edilmiş dövlət tədbirləri ilə tətbiq oluna bilər.

Hərəkət qadağası və karantin qaydalarına riayət tələbi COVID-19 yoluxması təsdiq edilmiş şəxslər üçün qüvvədə qalır. İnfeksiyaya yoluxmuş şəxslərlə əlaqədə olanlar üçün də analoji məhdudiyyətlər qalmaqdadır.

Bununla bərabər, sərhədlər açılandan sonra İtaliyaya xaricdən gələnlərin karantinə alınıb-alınmayacağı barədə məlumat verilmir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031