Sabahdan Gürcüstanda bəzi məhdudiyyətlər ləğv olunacaq
"Sabahdan etibarən Batumi və Kutaisi şəhərlərinə giriş-çıxışa tətbiq olunan məhdudiyyətlər aradan qaldırılacaq".
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, Tbilisi və Rustavi şəhərləri ilə bağlı məhdudiyyətlər isə hələ qüvvədə qalacaq.
Baş nazir bu məhdudiyyətlərin də həftənin sonunda götürülücəyəinə ümidvar olduğunu qeyd edib.
Q.Qaxaria əlavə edib ki, mayın 5-dən tikinti və tikinti materialları istehsalı sahəsində fəaliyyət göstərən şirkətlərə fəaliyyətlərini bərpa etməyə icazə veriləcək.