bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Nyu-Yorkda daha 70 etirazçı saxlanılıb

31-05-2020, 10:10 143 dəfə baxılıb

Nyu-Yorkda daha 70 etirazçı saxlanılıb
ABŞ-ın Nyu-York şəhərində afroamerikalı Corc Floydun ölümündən sonra başlayan etiraz aksiyaları zamanı azı 70 etirazçı saxlanılıb.

Bizimlider.com Trend-ə istinadən xəbər verir ki, bu barədə "ABC" telekanalına şəhər polisindən bildiriblər.

Məlumata əsasən, polislər və etirazçılar arasında baş verən toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı xəsarət alıb.

Telekanal qeyd edir ki, şəhərin bütün rayonlarında keçirilən etiraz aksiyalarında təxminən 1 000 nəfər iştirak edir.

Xatırladaq ki, ötən gün Nyu-Yorkda etiraz aksiyaları zamanı 200-dən artıq etirazçı saxlanılmışdı.

Qeyd edək ki, Minneapolis şəhərində (Minnesota ştatı) afroamerikalı Corc Floydun ölümündən sonra ABŞ-ın müxtəlif yerlərində etiraz aksiyaları başlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30