Zelenski Ukraynada COVID-19-un pik həddinin vaxtını açıqladı
Ukrayna Prezidenti Vladimir Zelenski ölkədəki koronavirusun pik həddinin, gündəlik yoluxma sayının artmasının qarşısının alınmayacağı təqdirdə, yayın ortalarında olacağını bildirib.
“RİA Novosti” xəbər verir ki, daha əvvəl Ukrayna Səhiyyə Nazirliyi ölkədə koronavirusa yoluxma hallarının yenə də artdığını bildirmişdi. Ötən gün ərzində daha 994 nəfərin virusa yoluxduğu, 16 nəfərin ölümü qeydə alınıb.
Zelenskinin sözlərinə görə, bəzi bölgələrdə artıq yataqların yarıdan çoxu dolub və xəstələrin sayı günbəgün artır. Əgər bu çoxalmanı dayandırmasaq, yayın ortasında xəstəliyin pik həddində olacağıq. Hər kəs üçün pis olacaq. Sonra heç kim karantinin yumşaldılmasına sevinməyəcək.
Ölkənin Səhiyyə naziri Maksim Stepanov gündəlik xəstəlik sayının artmasının karantin pozuntuları ilə əlaqədar olduğunu vurğulayıb.