Yaxınlarının məzarını ziyarətə getdilər, gördükləri mənzərə dəhşətə gətirdi - VİDEO
Türkiyənin Sivas vilayətinin Hafik rayonunda qəbirstanlıq bənd sularının altında qalıb.
Bizimlider.com oxu.az-a istinadən xəbər verir ki, suyun çəkildiyi zaman bənd suyunun altındakı kənd qəbiristanlığı üzə çıxıb və qəbiristanlığa dua etməyə gedən kənd sakinləri yaxınlarının sümüklərini görəndə dəhşətə gəliblər. Bəzi yerlərdə su altında görünən məzarlar da diqqət çəkib.
2009-cu ildə inşası başa çatan Pusat içməli su və suvarma anbarı Pusat və Maden kənd qəbiristanlığını basıb. Bu il əkinçilik üçün suvarma aparıldıqda bəndin suyu boşaldılıb və uzun müddət su altında qalan məzarlar üzə çıxıb.
Kənd sakinləri belə vəziyyətdən narahat olduqlarını bildiriblər və məzarlığın başqa yerə köçürülməsini istəyiblər.