Moskvada peyvənd olunanlar avtomobil qazanacaq
Koronavirusa qarşı vaksin vurduran Moskva sakinləri arasında avtomobillər oynanılacaq.
Bu barədə şəhər meri Sergey Sobyanın öz rəsmi səhifəsində məlumat verib. O, bildirib ki, iyunun 14-dən iyulun 11-dək peyvənd olunan paytaxt sakinləri arasında 5 ədəd avtomobilin uduşları ilə bağlı lotoreya keçiriləcək.
Lotoreya Moskva şəhər hakimiyyətinin vaksinasiyanın stimullaşdırılması üzrə proqramı çərçivsində baş tutacaq.