Ermənistan MTX: Parlamentin ələ keçirilməsinə cəhd ola bilər
Ermənistan Milli Təhlükəsizlik Xidməti parlament binasının ələ keçirilməsinə cəhd ola biləcəyi ilə bağlı xəbərdarlıq yayıb.
Qeyd olunub ki, İrəvanda hazırda davam etirazların təşkilatçıları tərəfindən sözügedən təxribat xarakterli addıma cəhd oluna bilər.
Ermənistan MTX bu cür addım atmaq niyyətində olanlara sərt xəbərdarlıq edib və bu addım atılacağı halda məsuliyyətin onların üzərində olacağını vurğulayıb.
Qurumdan həmçinin vətəndaşlara müvafiq təxribatlara uymamaqla bağlı xəbərdarlıq edilib.