Türkiyə, Azərbaycan və Pakistan parlament sədrləri İstanbulda görüşəcək
Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrlərinin ikinci üçtərəfli iclası keçiriləcək.
Bizimlider.com APA-nın İstanbul müxbirinə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisindən bildirilib.
Qeyd olunub ki, görüş 21 iyulda İstanbul şəhərində baş tutacaq.
İclasın nəticələrinə əsasən, İstanbul Bəyannaməsinin də imzalanması gözlənilir.