İtaliya Finlandiya və İsveçin NATO-ya qoşulmasını təsdiqləyib
İtaliya Paralmenti İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə dair protokolları ratifikasiya edib.
BizimLider.xom xəbər verir ki, bu barədə İtaliyanın NATO-dakı daimi nümayəndəliyinin rəhbəri Fransesko Talo “Twitter“də bildirib.
“İtaliya Parlamenti böyük səs çoxluğu ilə Finlandiya və İsveçin NATO-ya qoşulmasını təsdiqləyib. Biz birlikdə daha güclü olacağıq”,- deyə o vurğulayıb.