bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Hərbi ekspert: “Türkiyə NATO daxilində terror dəstəkçisi olan dövlətlərin oyuncağı deyil”

21-05-2022, 21:43 22 dəfə baxılıb

Hərbi ekspert: “Türkiyə NATO daxilində terror dəstəkçisi olan dövlətlərin oyuncağı deyil”
“Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsində göstərdiyi mövqe alyansa üzv olan digər ölkələrin də PKK, YPG və FETÖ-yə qarşı konkret və barışmaz reaksiya göstərməsini təmin etmək məqsədi daşıyır”.

Bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında türkiyəli hərbi ekspert Abdullah Ağar bildirib.

Ekspert qeyd edib ki, NATO bu məsələdə Türkiyənin mənafeyi istiqamətində siyasi-hərbi mövqe ortaya qoyacağı təqdirdə real müdafiə paktından danışa bilərlər:

“Bizim məqsədimiz İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə mane olmaq, yaxud bunun hesabına cüzi qazanclar əldə etmək deyil. Vacib məsələ ondan ibarətdir ki, real, qalıcı, qarşılıqlı güvənə və mənafeyə söykənən həmlələrlə isbatlı müttəfiqliyi formalaşdıra bilməkdir”

A.Ağar Türkiyənin NATO-daki dəyərindən də bəhs edib:

“Türkiyə Yaxın Şərq və Qafqaz regionunda NATO-nun dayaq nöqtəsidir. NATO-ya üzv olan digər müttəfiq ölkələr də artıq anlamalıdırlar ki, Türkiyə alyans daxilindəki terrora dəstək olan dairələrin və dövlətlərin oyuncağı deyil”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930