"Moody's" Türkiyənin kredit reytinqini aşağı salıb
Moody’s Türkiyənin kredit reytinqini “B2″dən “B3″ə endirib, reytinq proqnozunu isə mənfidən sabitə dəyişdiyini açıqlayıb.
Bizimlider.com xəbər verir ki, "Moody's" kredit reytinqinin aşağı salınmasına səbəb kimi Türkiyənin tədiyyə balansına artan təzyiqləri və valyuta ehtiyatlarının daha da azalması riskini göstərib.
Agentlik bildirib ki, Türkiyənin cari hesab kəsiri çox güman ki, əvvəlki gözləntiləri böyük fərqlə üstələyəcək.
Təşkilat hesab edir ki, Türkiyənin cari kəsiri bu il ümumi daxili məhsulun 6 faizinə yaxın olacaq ki, bu da Rusiyanın Ukraynaya hücumundan əvvəl gözləniləndən üç dəfə çoxdur.
Agentliyin analitikləri, hakimiyyət orqanlarının valyutanı sabitləşdirmək və valyuta buferlərini artırmaq üçün getdikcə qeyri-adi tədbirlərə əl atmağa məcbur olduqlarını bildiriblər:
“Getdikcə mürəkkəbləşən tənzimləyici, fiskal və makroprudensial tədbirlərin makroiqtisadi sabitliyin bərpasında təsirli olacağı ehtimalı azdır”.
Bizimlider.com