bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Dövlət Komissiyası: “İtkin düşmüş şəxslərin 80 faizinin ailəsindən DNT nümunələri toplanıb”

18-09-2023, 09:38 1 dəfə baxılıb





“Qalıqların eyniləşdirilməsi vaxt tələb edən məsələdir”.

“Report” xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, bu proses uzun çəkə bilər:

“Amma təcrübəli ekspertlər prosesə cəlb olunublar. Vətəndaşlarımızın çoxsaylı müraciətləri əsasında biz təhlillər aparırıq”.

Qurum rəsmisinin sözlərinə görə, eyniləşdirilmə prosesi davamlıdır:

“İtkin düşmüş şəxslərin 80 faizinin ailəsindən DNT nümunələri toplanıb. Bu, eyniləşdirmə üçün vacibdir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031