Qarabağı tərk edən erməniəsilli sakinlərin SAYI AÇIQLANDI
Sentyabrın 28-i saat 18:00-a olan məlumata görə, Qarabağdan Ermənistana ümumilikd 74.400 nəfər daxil olub.
Publika.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan deyib.
Onun sözlərinə görə, 17 153 nəfər dövlətin təklif etdiyi müvəqqəti mənzillərlə təmin olunub. O cümlədən, Araqatsotnda 998, Armavirdə 1231, Araratda 3665, Qeqarkunikdə 1542, Loridə 663, Kotaykda 4156, Şirakda 783, Sünikdə 1958, Vayots Dzorda 1070 və Tavuş Dzorda yerləşdirilib.
Öz növbəsində Ermənistanın Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəhbəri Armen Kazaryan qeyd edib ki, vətəndaşların qəbulu mərkəzlərində 55 248 nəfər qeydiyyatdan keçib. Bundan başqa, onların 26 575 nəfəri kişi, 28 670 nəfəri isə qadındır.
Qeydiyyata alınanların 1172 nəfəri sağlamlıq imkanları məhdud, 133 nəfəri isə hamilədir.