bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

“YAŞAT” Fondu Vətən müharibəsinin əlilləri üzərində əməliyyatın xərclərini ödəyib - VİDEO

1-10-2023, 15:11 0 dəfə baxılıb




Vətən müharibəsi əlilləri - Rəşad Məmmədov və Vüsal Əliyevə ağrı pili əməliyyatı icra olunub. Azərbaycanda ilk dəfə həyata keçirilən bu əməliyyat üçün vacib olan tibbi avadanlıq - “spinal kord” “YAŞAT” Fondu tərəfindən xaricdən gətirilib. Xarici və yerli həkimlər tərəfindən uğurla icra olunan əməliyyatın xərcləri də fond tərəfindən qarşılanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, əməliyyatdan sonra hər iki qazidə şiddətli ağrıların 60-70 faiz azalması müşahidə olunub. Həkimlərin rəyinə əsasən, bu ağrılar zaman keçdikcə tam olaraq aradan qalxacaq.

Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” bölməsindən əldə etmək olar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930