Qarabağdan könüllü gedişi tənqid et, Qəzzadan qovulmanı dəstəklə - Qərbin simasızlığı
"Artıq ikili standartlara, ölkəmizə qarşı qərəzli münasibətlərə öyrəşmişik və bu cür riyakar siyasətə qarşı bizdə bir immunitet formalaşıb".
Bunu Publika.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib. O bildirib ki, 30 illik işğal dövründə səsini çıxartmayan, baş verənlərə göz yuman qurumlar, təşkilatlar, siyasətçilər bu gün Qarabağdan könüllü surətdə çıxan, bölgəni tərk edən ermənilərin hüquqları haqqında danışırlar:
"Və yaxud biz digər problemlərə- Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verən müharibələrə nəzər salanda bu fonda müqayisələr aparırıq, paralellər edirik və görürük ki, dövlətləri sanki təsnifləşdiriblər, “ağ”, eləcə də “qara” dövlətlərə bölüblər. Öz maraqları çərçivəsində, öz istədikləri formada müraciət edirlər, qınayırlar, tənqid edirlər, bəzən də təqdir edirlər. Qəzzadan 1.1 milyon insanın 24 saat ərzində təxliyə edilməsinə Avropa dəstək çıxır. Lakin Azərbaycanın heç bir təzyiq etmədiyi halda könüllü surətdə Ermənistan vətəndaşlığını daşıyan şəxslərin Ermənistana üz tutması riyakarlıqla tənqid olundu. Bu, əlbəttə ki, aradan qaldırılmalıdır. Bu qərəzli münasibətlər sisteminə son qoymaq lazımdır və ümid edirəm ki, haqq-ədalət öz yerini tapacaq və bu siyasətin çirkin üzü çevriləcək".