Son günlər çoxalan göbələkdən zəhərlənmənin səbəbi AÇIQLANDI - VİDEO
Son üç ayda 16 nəfər göbələk zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olub.
Xezerxeber.az-ın məlumatına görə, daha çox yaz və payız aylarında göbələk zəhərlənməsinə rast gəlindiyini deyən Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, bu cür zəhərlənmələr bəzən ölümlə də nəticələnir:
“Göbələk zəhərlənmələrinə səbəb vətəndaşların bu məhsulun zəhərli və yeməli növlərini bir-birindən ayırd edə bilməməsidir. Göbələk çətin həzm olunan qida məhsuludur. Bu məhsuldan istifadə zamanı onun bişirilmə qaydasına da xüsusi diqqət yetirilməlidir. Xüsusən də həssas qrupdan olan insanlar göbələk yeyərkən ehtiyatlı olmalıdırlar”.
Şöbə müdiri göbələk alarkən diqqətli olmağı, daha çox marketdə satılan məhsula üstünlük verməyi tövsiyyə edib:
“Qidanı qəbul etdikdən sonra ürəkbulanma və qusma kimi əlamətlər yaranarsa, dərhal həkimə müraciət edilməlidir”.
Daha ətraflı süjetdə: