bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ermənilərin Qarabağı tərk etməsinin sirri açılır - Yevlax görüşündə nələr olub?

24-10-2023, 13:29 0 dəfə baxılıb




Qarabağda separatizmin ləğvindən sonra erməni əhalisinin kütləvi şəkildə Ermənistana qayıtması ətrafında müəmma davam edir: rəsmi Bakı beynəlxalq hüquq və daxili qanunvericiliyə uyğun olaraq, əhalinin təhlükəsizliyi üçün bütün şəraiti yaratmışdı, bunu beynəlxalq təşkilatlar da təsdiq edir; erməni əhalisini bölgədən kütləvi çıxmağa sövq edənin separatçılar və Ermənistan hakimiyyəti olduğu da sirr deyil;

Bu kontekstdə Ermənistan mediası hələ də antiterror tədbirləri nəticəsində qondarma rejimin təslim olmasından sonra erməni əhalisinin təmsilçiləri ilə Azərbaycanın mərkəzi hakimiyyət nümayəndələri arasında keçirilən görüşlərin qapalı hissəsində nələrin müzakirə edildiyini araşdırmağa, anlamağa çalışır. Erməni mediası iddia edir ki, əhalinin çıxmasına səbəb həmin görüşlərdəki müzakirələrdir.

Publika.az xəbər verir ki, reallığa müəyyən qədər yaxın görünən iddianı “İravunk” qəzeti irəli sürüb.

Qəzet iddia edir ki, Yevlax görüşündə Azərbaycanın mərkəzi hakimiyyəti konkret şərt irəli sürüb: “Ya Qarabağdakı erməni əhalisinin hamısı bir nəfər kimi Azərbaycana inteqrasiya edir və Ermənistanla əlaqələri kəsir, ya da inteqrasiyanı qəbul etməyən, vətəndaşlıq almaq istəməyənlərin sərbəst şəkildə getməsinə şərait yaradılır. Üçüncü heç bir variant ola bilməz”.

Bu məsələni Azərbaycan müxtəlif səviyyələrdə zaman-zaman gündəmə gətirmişdi. Rəsmi Bakının beynəlxalq hüquqa uyğun olan mövqeyi belə idi ki, Azərbaycan vətəndaşlığını almaq istəyən hər kəsin bərabərhüquqlu və təhlükəsiz şəraitdə yaşaması təmin olunacaq, bunu istəməyənlərin gedişinə şərait yaradılacaq. Görünür, bu təklif erməni əhalisinin nümayəndələrinə də təqdim olunub. Üçüncü variant olmadığı üçün separatçılar və Ermənistan hakimiyyəti əhalinin kütləvi çıxışını təşkil ediblər.

Məqsəd Azərbaycana qarşı “etnik təmizləmə”, “deportasiya” kimi iddialar irəli sürmək, “qaçqın” adı altında xarici donorlardan maliyyə yardımı əldə etmək və Bakıya qarşı əllərindən çıxan Qarabağ kartını “Qarabağ erməniləri” kartı ilə əvəzləməkdir. Hərçənd, artıq Azərbaycan daxilində erməni separatizmi məhv edilib və bundan sonra belə planların praktiki təsir imkanı yoxdur. Ermənistan hakimiyyəti maksimum “erməni qaçqınlara yardım” adı ilə Avropadan pul dilənə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930