bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İlham Əliyev: “Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliklərini yerinə yetirməyib”

15-03-2023, 10:44 1 dəfə baxılıb



“Ermənistan üçtərəfli Bəyanata əsasən Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməyib”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşündə deyib.

Laçın yolunun son nöqtəsində, Azərbaycan və Ermənistan sərhədində Azərbaycanın müvafiq sərhəd-keçid məntəqəsinin yaradılması ilə bağlı təklifi barədə məlumat verən dövlətimizin başçısı Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə region üçün yeni nəqliyyat dəhlizinin formalaşmasına imkan yaranacağını vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanın hazırda öz ərazisində dəmir yollarının və avtomobil yollarının qurulması üzrə işləri sürətli şəkildə davam etdirdiyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930