bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

XİN: “Ermənistanın etnik nifrət və çağırışları bu gün də dövlət səviyyəsində davam etdirilir”

30-10-2023, 11:30 1 dəfə baxılıb




“Ermənistanın etnik nifrət və çağırışları bu gün də dövlət səviyyəsində davam etdirilir”.

APA xəbər verir ki, bunu xarici işlər nazir müavini Elnur Məmmədov “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatının təqdimatı mərasimində çıxışında deyib.

O bildirib ki, Ermənistan hökumətinin rəsmiləri tərəfindən müxtəlif dövrlərdə səsləndirilən irqçi fikirlərə rast gəlmək olar:

“Təəssüflər olsun ki, bu gün də o fikirlər yayılır. Azərbaycanlılara qarşı zorakı çağırış edənlərin nə fəaliyyəti qadağan edilib, nə də cəzalandırılıb. Əksinə, Ermənistan hökuməti tərəfindən onlara dəstək verilib. Halbuki Ermənistan qanunvericiliyində bu kimi şüarları səsləndirənlər məsuliyyətə cəlb edilə bilərlər. Lakin Ermənistan bu fikirlərə “söz azadlığı” donu geyindirib”, - deyə Elnur Məmmədov bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031